Tofiq Bakıxanovun yaradıcılıq gecəsindən - Fotolar

Tofiq Bakıxanovun yaradıcılıq gecəsindən - Fotolar
486 dəfə oxunub
  • A-
  • A
  • A+

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş “Xoş ovqatlı mahnılar” adlı müəllif konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, Filarmoniyadan bildirilib ki, bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Almaz Orucova və Nuriyyə Hüseynova, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli, Nurlana Abdullayeva, Leyla Dadaşova, Səbinə Əlizadə, Fikrət Məmmədov, Fəxri Kazım-Nicat, Kamran Teymurov (tar), Seymur Mürsəlov (tar) və Rəvanə Qurbanova dinləyicilər qarşısında çıxış ediblər.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.