Hava daha 2 gün yağıntılı olacaq

Hava daha 2 gün yağıntılı olacaq
452 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, yağıntılı havanın dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.