Xalq artisti Firəngiz Mütəllimova İstanbula yollanıb.
Axşam.az-ın məlumatına görə, aktrisa qardaş ölkəyə müayinədən keçmək üçün getdiyini bildirib.
O, bunun sonuncu həkim müayinəsi olduğunu söyləyib:
“Səhhətimdəki problem aradan qalxıb. Artıq yaxşıyam. Amma sonuncu dəfə müayinə olunmalıyam. Həkim hər şeyin yaxşı olduğunu dəqiqləşdirmək istəyir. Bu səfərim həm müayinə, həm də istirahətlə bağlıdır”.
Aktrisa ilə birlikdə bacısı, müğənni Nərgiz Mütəllimova da Türkiyəyə yollanıb.
Qeyd edək ki, yüksək təzyiqdən əziyyət çəkən F.Mütəllimova beyin əməliyyatı keçirib.