3 uşaq anası “Miss World -2014” seçildi - fotolar

3 uşaq anası “Miss World -2014” seçildi -  fotolar
3217 dəfə oxunub
  • A-
  • A
  • A+
Ekvadorda baş tutan “Miss World -2014” yarışmasının qalibi 29 yaşlı Sankt-Peterburq sakini, 3 uşaq anası Yuliya İonina olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Gözəllik və mərhəmət” xeyriyyə fondunun rəhbəri Y.İonina qələbə münasibətilə özünü çox xoşbəxt hesab etdiyini deyib:
 
“Çox şadam ki, məndə hər şey alındı. Bu həm Rusiya, həm də mənim üçün böyük müvəffəqiyyətdir”.

Qeyd edək ki, “Dünya gözəli” yarışması 1985-ci ildən keçirilir. Rusiyalı iştirakçılar daha əvvəl də bu müsabiqənin qalibi olublar. Belə ki, 2006-cı ildə  Sofiya Arjakovskaya, 2009-cu ildə isə Viktoriya Radoçinskaya ölkələrinə qələbə sevinci yaşadıblar.