Prezident İlham Əliyev nəvələri Əli və Mikayılı "Təşəkkürnamə" ilə təltif edib.
Axşam.az xəbər verir ki, bununla bağlı Əli və Mikayıl sosial şəbəkədə məlumat yayıb. Onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunublar.
Mikayıl babası ilə birlikdə olan fotosuna "Cop29-da könüllü olduğum üçün fəxr edirəm" sözlərini yazıb.
Əli isə babası ilə olan şəklinə "Bu, Cop29-da yaxşı təcrübə idi" şərhini qeyd edib.