Ötən gün bəstəkar Sevinc Tofiqqızının övladı Lalənin toy mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, bəstəkarın şad günündə sənət yoldaşları onu tək qoymayıblar.
Belə ki, Aslan Hüseynovun idarə etdiyi məclisdə bəstəkar Ruhəngiz Qasımova, xalq artisti Flora Kərimova, əməkdar artistlər - Ədalət Şükürov, Xəyyam Mustafazadə, müğənni Aysel Əlizadə ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, TRT-nin Azərbaycan təmsilçisi Əmrah Yazıcı və digər sənət adamları, ictimai simalar iştirak ediblər.