14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar

14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar
903 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə yola salınıb.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.