Ölkəyə gətirilən 7 nəfər xəstəxanaya aparıldı - Fotolar+Yenilənib

Ölkəyə gətirilən 7 nəfər xəstəxanaya aparıldı - Fotolar+Yenilənib
1162 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 7 nəfər ölkəyə gətirilib.

Axşam.az xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.

Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

***

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsindən sağ çıxan vətəndaşlarımızdan 7-si FHN-in xüsusi təyyarəsi ilə Bakıya gətirilib və onlar təcili tibbi yardım avtomobilləri ilə Yeni Klinikaya aparılıb.