“Ancelina Coli ilə tanışlıq həyatımın həzzi oldu”

“Ancelina Coli ilə tanışlıq həyatımın həzzi oldu”
2110 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Ancelina Coli “Malefisenta” filminin premyerasında geyindiyi ayaqqabılarla diqqət mərkəzinə gəlmişdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner Kristian Lubuten və Coli bu əməkdaşlığı davam etdirmək qərarına gəliblər.

Fərqli dabanı bu ayaqqabıların yuxarı hissəsi şəffaf olması ilə seçilir. Dizayner hisslərini bölüşərək Ancelina ilə olan işbirliyindən məmnunluğunu ifadə edib:

“Mənim onunla işləməkdən çox xoşum gəlir. Ancelina Coli ilə tanışlıq həyatımın həzzi oldu”.

Qeyd edək ki, bu ayaqqabılar satışa çıxarılacaq və qiyməti 1500 dollar olacaq. Satışdan əldə olunan gəlirin əsas hissəsi isə “SOS Children's Villages” xeyriyyəçilik fonduna veriləcək.


Ayaqqabılar yalnız 2 – qara və qırmızı rəngdə, oktyabrın 20-dən etibarən dəbsevərlərin ixtiyarına veriləcək.