“Hilton” otellərinin varisi aktrisa-model Paris Hilton uzun müddətdir ki, əyləncə gecələrinin təşkilatçısı və diceyi qismində də çıxış edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, artıq ulduz bu sahədən külli miqdarda pul qazanmağa başlayıb.
Budəfəki işi üçün Hiltona 2.7 milyon dollar ödənilib. Əyləncə gecəsindən sonra Paris yaxtada istirahətə yollanıb.