Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa edilib - Yenilənib

Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa edilib - Yenilənib
7098 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Azər Baxşəliyev vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. O, xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.

A.Baxşəliyev "Ağsaqqal" obrazı ilə tanınıb.

***

Aparıcı İlkin Həsəni Axşam.az-a açıqlamasında bildirib ki, hazırda Azər komadadır.

***

ATU-nun mətbuat katibi Günel Aslanova Axşam.az-ın sorğusuna cavab olaraq bildirib ki, aktyor Azər Baxşəliyev az öncə vəfat edib.

***

ATU-nun mətbuat katibi Günel Aslanova Axşam.az-a bildirib ki, aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa olunub və o, hazırda komadadır:

"Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".