Azər Baxşəliyev dəfn olundu - Fotolar

Azər Baxşəliyev dəfn olundu - Fotolar
4499 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.

Axşam.az-ın məlumatına görə, mərhumla vida mərasimi Heydər məscidində keçirilib. 

Aktyor "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.

Foto: Orxan Şərəfxanov