“Doğum günümü qızım, nəvələrim, anam, bacım, yəni ailə üzvlərimlə qeyd edəcəm. Mənə yaxın, doğma olan insanlarla bir yerdə olacam. Çox vaxt elə ailəmlə bir yerdə keçirirəm".
Axşam.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında bu gün 47 yaşını qeyd edən aktrisa Mehriban Xanlarova deyib.
Aktrisanın sözlərinə görə, yeni mövsümdə tamaşaçılar onu “Generalın son əmri” tamaşasında görə biləcək:
“Allahdan özümə arzum can sağlığıdır. Qalan şeylər özü düzəlir. Avqustun 29-u Akademik Milli Dram Teatrında iş günümüz başlayır. Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesi səhnəyə qoyulacaq. Həmin tamaşada oynayıram. Film sahəsində hələ ki, yenilik yoxdur”.