Sənət dostları onunla vida mərasiminə gəlmədilər - Video+Fotolar

Sənət dostları onunla vida mərasiminə gəlmədilər - Video+Fotolar
4731 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova ötən gün 45 yaşında dünyasını dəyişib. 

Axşam.az-ın məlumatına görə, sənətçi ilə vida mərasimi Əmircan kəndində ata evində keçirilib. Diqqət çəkən məqam isə heç bir sənət dostunun onunla vida mərasiminə gəlməməsi olub. 

Yasda yalnız müğənni Manaf Ağayev, aktrisa Sonaxanım Əliyeva, rejissor Nail Naiboğlu və meyxanaçı Samirə Yusifqızı olub. 

Onun "Vicdan haqqı" serialında çəkildiyi tərəf müqabilləri və ya digər ekran işlərindəki həmkarları mərasimə qatılmayıblar. 

Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Ötən gün onun ad günü olub. Ailəsi aktrisanın Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olunduğunu iddia edib.

Çimnazın nəşi evindən götürülərək dəfn olunmaq üçün Əmircan qəbiristanlığına aparılıb.

Foto+Video: Orxan Şərəfxanov