Nazim Pişiyari xəstəxanaya yerləşdirildi - Yenilənib

Nazim Pişiyari xəstəxanaya yerləşdirildi - Yenilənib
1670 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb. 

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

N.Pişyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.

***

TƏBİB insult keçirən müğənni Nazim Pişyarinin səhhəti ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.01.2025-ci il tarixində saat 22:22-də Nəsimi rayonu, H. Əliyev prospekti ərazisindən yıxılma səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.