Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, o, məşhur "365 gün" filminin qəhrəmanı Mikelle Morrone ilə bir araya gəlib. Coni birlikdə olan şəkli sosial şəbəkədə paylaşıb.
Fotoda amerikalı müğənni və prodüser Zeçeri Uilyam (Twofeet) da yer alıb.
İfaçı paylaşımına "İzləməyə davam edin" şərhini yazıb.