Yenidən böyük səhnədə - Fotolar

Yenidən böyük səhnədə - Fotolar
713 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Ziya Ağa yeni layihəsini teatrsevərlərə təqdim edəcək.

Axşam.az xəbər verir ki, irland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda  səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq. Premyera aprelin 20-də Heydər Əliyev sarayında keçiriləcək. 

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru Oksana Rəsulovadır. Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktrisa Oksana Rəsulova, aktyorlar Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın digər üzvləri ifa edəcəklər.