Ötən gün yayımlanan "Kral kaybederse" serialı ilə bağlı tənqidlər yaranıb.
Axşam.az xəbər verir ki, ekran işində 38 yaşlı aktrisa Merve Dizdarın universitet tələbəsi gənc qıza həyat verməsi izləyicilər tərəfindən bəyənilməyib.
İzləyicilər aktrisanın peşəkar olsa da, rolu gənclərdən birinin canlandırmalı olduğunu vurğulayıblar.
Qeyd edək ki, Merve serialda "Fadi" obrazını canlandırır. Onun tərəf müqabili aktyor Halit Ergençdir.