Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya ilə fotolarını paylaşıb.
Axşam.az xəbər verir ki, müğənni Sevgililər günü münasibəti ilə ailə fotolarını izləyiciləri ilə bölüşüb.
G.Məmmədova fotolara "Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur" sözlərini yazıb.
Fotoda ifaçının övladları da yer alıb.
Qeyd edək ki, Gülyanaq və Ziya cütlüyünün dörd övladı var.