ARB TV-də yayımlanan "5 üz" verilişi final edib.
Axşam.az xəbər verir ki, proqramın final buraxılışı mərhum aktyor Azər Baxşəliyevin xatirəsinə həsr olunub. Verilişin aparıcısı Elşən Orucov proqramın son buraxılışı olduğunu bildirib. O, layihədə uduşa qoyulan maşının qalibinin isə Azərin qızı Züleyxa olduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl Elşənin ARB TV ilə yollarını ayırdığı xəbəri yayılmışdı. Bir müddət proqramın əvvəldən çəkilən buraxılışları efirə gedib.