Müğənni Ramal İsrafilov qızı Liyaya ad günü edib.
Axşam.az xəbər verir ki, məclisdən fotoları aparıcı Nanə Ağamalıyeva sosial media hesabında yayımlayıb.
Şəkillərdə Ramalın anası Məlahət xanım, xanımı Sevda və qızı Liya da yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl Ramalın boşanma xəbəri yayılmışdı. Sənətçi ayrılmadığını, bunun şayiə olduğunu deyib. Müğənni xalası qızı ilə ailəlidir.