Özcan Dəniz barəsində istintaq başladıldı

Özcan Dəniz barəsində istintaq başladıldı
1589 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni-aktyor Özcan Dəniz barəsində istintaq başladılıb.

Axşam.az xəbər verir ki, buna səbəb onun 3 villasına icazəsiz müdaxilə etməsi olub. Belə ki, Özcan Uskumruköydəki mühafizə zonasındakı 3 villaya icazəsiz qaraj və hovuz tikdirib. 

İstanbul Respublika Prokurorlu sənətçiyə qarşı "şəhərin memari görünüşündə çirkin görüntü yaratmaq" və “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında” iddiası ilə cinayət işi açıb.

Özcan martın 5-də “şübhəli” kimi İstanbul Ədliyyəsində ifadə verəcək.

İstanbul Respublika Prokurorluğunun Özcan haqqında yaydığı məlumatda deyilir:

“Özcan Dəniz barəsində Sarıyer mahalı, Uskumruköydə və qorunan ərazi daxilində yerləşən 3 villada icazəsiz və lisenziyasız hovuzlar, əlavə qapalı sahələr və qaraj ərazilərinin yaşayış sahəsinə çevrilməsi aşkar edilərək "Tikintidə çirklənməyə səbəb olma" və “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında” qanunu pozma cinayətləri ilə bağlı istintaq başladılıb".