Məhkəmə rusiyalı blogerlə bağlı qərar verdi

Məhkəmə rusiyalı blogerlə bağlı qərar verdi
421 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rusiyalı bloger Yelena Blinovskaya 5 il müddətinə həbs olunub.

Axşam.az xəbər verir ki, bu barədə Moskvanın Savelovski Rayon Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, külli miqdarda vergidən yayınmaqda və vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinən Yelena 5 il müddətinə azadlıqdan məhrum olunub. Bloger cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, Yelenanın həyat yoldaşı Aleksey axtarışdadır. Onlar 1,4 milyard rubl məbləğində vergidən yayınmaqda ittiham olunurlar.