Türkiyədə 36 yaşlı memar qadın itkin düşüb - Video+Fotolar

Türkiyədə 36 yaşlı memar qadın itkin düşüb - Video+Fotolar
483 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 36 yaşlı landşaft memarı Ece Gürel itkin düşüb.

Axşam.az xəbər verir ki, o, martın 2-si Kağıthane Gültəpə məhəlləsindəki evindən çıxaraq Belqrad meşələrinə gedəcəyini deyib. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Hadisə ilə bağlı danışan memarın həyat yoldaşı Sezer Gürel bildirib ki, Ecenin işdə bəzi problemləri olub və çıxmaq barısində düşünüb.

Ötən gün axtarışlar zamanı Gürelə aid olduğu ehtimal edilən çanta, palto və mobil telefon tapılıb. 

Hazırda Belqrad meşələrində başladılan axtarış işləri davam edir.

Bundan başqa, sosial mediada Eceyə məxsus əşyaların tapıldığı görüntülər müzakirə yaradıb. Belə ki, axtarış-xilasetmə işçiləri memara məxsus əşyalara əlcək taxmadan toxunub.