Əməkdar artist illər sonra keçmiş həyat yoldaşı ilə bir arada - Fotolar

Əməkdar artist illər sonra keçmiş həyat yoldaşı ilə bir arada - Fotolar
2568 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkül ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa onun yeni filmi “Spinozanın Tanrısı”nda rol alıb. Sənətçi qala gecəsində birlikdə çəkilən fotolarını yayımlayaraq, bunları yazıb:

"Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006-cı ildə olmuşdu. 2025-ci il "Spinozanın Tanrısı" bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu.Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar".

Qeyd edək ki, 2000-ci ildə C.Təvəkkül ilə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanıb. Cütlüyün Orxan adlı bir oğlan övladı var.