Övladına işgəncə verən ana saxlanıldı, cinayət işi açıldı

Övladına işgəncə verən ana saxlanıldı, cinayət işi açıldı
1216 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda azyaşlı övladına ağır işgəncələr verən qadına cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

“Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir” deyə, o əlavə edib.