Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti stabilləşib və süni tənəffüs apartından ayrılıb.
Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan bildirib:
“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir. Müalicəsi davam etdirilir".
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.