"Görəsən, rayon rəhbərliyinin bundan xəbəri var?"

"Görəsən, rayon rəhbərliyinin bundan xəbəri var?"
1664 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı Göyçayda itlərə işgəncə verilməsi ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aparıcı həmin videonu yayımlayaraq, heyvanların ac saxlanıldığını bildirib. O iddia edib ki, heyvanlar oktyabrdan tövlədə saxlanılır.

"Bu videonu Göyçaydan göndəriblər. Deməli, oktyabrdan itləri aparıb bir tövləyə yığıblar. Orada ac, susuz saxlayırlar. Görəsən, rayon rəhbərliyinin bundan xəbəri var? Heyvanlara qarşı acımasız olan yaxşı bir insan ola bilməz" deyə, Xoşqədəm paylaşımında yazıb.