İftara hazırlaya bilərsiniz

İftara hazırlaya bilərsiniz
1349 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar menyusu üçün reseptlər təqdim edir:

Mərciməkli enerji şorbası
Ərzaqlar:

1 xörək qaşığı yaşıl mərcimək
1 xörək qaşığı qırmızı mərcimək
1 xörək qaşığı düyü
1 xörək qaşığı bulqur
6 stəkan su və arzulanan qədər duz

Əlavə:
1 stəkan qatıq
2 xörək qaşığı un
1 ədəd yumurta sarısı
5 damcı limon şirəsi

Üzəri üçün:
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı nanə
1 çay qaşığı qırmızı bibəri

Hazırlanması:
Mərciləri, düyü və bulquru bir qaba töküb yuyun. 6 stəkan su töküb qaynadın. Kənarda yumurta, qatıq, limon suyu və unu qarışdırın. ƏdviyyaQatıqlı qarışıma azca isti su əlavə edib, qarışdırın və qaynayan şorbanın üzərinə tökün. Dayanmadan qarışdırın ki, düyün əmələ gəlməsin. Kənarda kərə yağı əridin, nanə və qırmızı bibəri əlavə edin. Sonra bişən şorbanın üzərinə töküb, duz və istioyunu vurub, süfrəyə verin.

“Alinazik”

Ərzaqlar:

Bişmiş badımcan – 3-4 ədəd
Dana əti – 300 qr.
Qatıq – 500 qr.
Sarımsaq – 3-4 diş
Su – 0,5 st
Tomat pastası – 1 x.q.
Kərə yağı – 1 x.q.
Qırmızı və qara istiot, duz zövqə görə

Hazırlanması:
Əvvəlcə badımcanı közdə bişirin. Qabığını soyub, xırda doğrayın. Sarımsaqları sürtgəcdən keçirib, qaba tökün. Üzərinə süzmə qatıq töküb qarışdırın. Üzərinə badımcanı əlavə edin. Əti tavaya qoyub, azca su töküb qapağını örtün. Yumuşalana qədər bişirin. Bişəndən sonra içərisinə yağ, tomat pastası töküb qarışdırıb, yarım stəkan ilıq su tökün. İstiot əlavə edib yenidən bişirin, sonda duz tökün. Badımcanlı qatığı boşqaba töküb, bişmiş əti əlavə edib, süfrəyə verin.

Yoqurtlu keks

Ərzaq:
Yoqurt - 1 stəkan
Yumurta - 3 ədəd
Şəkər tozu - 0,7 stəkan
Kərə yağı - 40 qr.
Duru yağ - 2 x/q.
Gavalı qurusu - 100 qr.
Kişmiş - 100 qr.
Qabartma tozu - 1 ədəd
Un - 1,5 stəkan

Hazırlanması:
Quru meyvələri isti suda 5 dəqiqə saxlayıb, suyunu süzüb, dəsmalla qurutduqdan sonra üstünə azca un səp. Yumurtanın ağını sarısından ayır. Sarının üstünə şəkər tozu əlavə edib, mikserlə qarışdır. Üzərinə vanil, duru və kərə yağını töküb, qarışdırmağa davam et. Sonra yoqurtu tök. Mikserlə bir az çaldıqdan sonra un, qabartma tozu və quru meyvəni töküb, qaşıqla qarışdır. Kənarda yumurtanın ağını beze halına gələnə kimi qarışdırıb, xəmirə əlavə et. Qabı yağlayıb xəmiri tök, 180 dərəcədə bişir. Hazır olduqdan sonra üzərinə qənd tozu səp.