22 yaşlı şahzadə vəfat etdi

22 yaşlı şahzadə vəfat etdi
760 dəfə oxunub
  • A-
  • A
  • A+

Lüksemburq şahzadəsi Frederik vəfat edib.

Axşam.az xəbər verir ki, 22 yaşlı şahzadə martın 1-də maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliyindən dünyasını dəyişib. 

Frederikin vəziyyəti son həftələrdə pnevmoniya ilə xəstəxanaya yerləşdirildikdən sonra pisləşib. O, həmçinin hərəkətini məhdudlaşdıran ağır infeksiyadan əziyyət çəkirmiş.

Qeyd edək ki, Şahzadə Frederik bu xəstəliklə doğulsa da, diaqnoz ona 14 yaşında olarkən qoyulub.