Əməkdar artist "Sənsiz" üçün kamera qarşısına keçdi

Əməkdar artist "Sənsiz" üçün kamera qarşısına keçdi
552 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova "Sənsiz" şeri üçün kamera qarşısına keçib.

Axşam.az xəbər verir ki, aktrisa Nizami Gəncəvinin qəzəlini səsləndirib. 

Yeni işindən danışan H.Mürvətova Nizami Gəncəvinin qəzəli və Üzeyir Hacıbəylinin ölməz musiqisi – "Sənsiz" yenidən ekran əsərinə çevrildi. Bu ekran işində 12-ci əsrin Azərbaycan xanımının obrazını yaratmaq, onu ruhən hiss etmək, baxışlar, jestlər və ifadələrlə dövrün həsrətini, sevgisini və yalnızlığını tamaşaçıya ötürmək – mənim üçün fərqli və dəyərli bir təcrübə oldu. "Sənsiz" bir qəzəlin, musiqinin, ruhun əks-sədasıdır".

Ekran işinin rejissorluğunu Nicat Qafuroğlu edib.