Məşhur ulduz Ceyson Momoa sevgilisi, aktrisa Adria Arjona ilə görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük "Qara çamadan" filminin qala gecəsinə birgə qatılıblar.
45 yaşlı aktyorla 32 yaşlı aktrisa birgə kameralara poz veriblər.
Qeyd edək ki, Ceyson aktrisa Liza Bone ilə 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var. Cütlük ötən il boşanıb. Ceyson Adriana qədər meksikalı aktrisa Eiza Qonzaleslə də eşq yaşayıb.
Adria da əvvəllər vəkil Edqardo Kanaleslə ailəli olub.


