Ağstafada dönərdən kütləvi zəhərlənmə

Ağstafada dönərdən kütləvi zəhərlənmə
423 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Axşam.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.