Türkiyəli müğənni-aktyor Mahsun Qırmızıgülün ailəsində ağır itki üz verib.
Axşam.az xəbər verir ki, ifaçının ögey anası Zühre Bazencir vəfat edib. Bu, barədə o, sosial media hesabında yazıb:
"Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim ağrıdı. Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevirdi, həmişə dualarına qatırdı. Ögey övlad olsam da, məni övladlarından ayırmazdı. Onun sevgisini, duasını hər zaman ürəyimdə daşıyacağam. Ananı itirmək, başqa bir acıdır... Qardaşım Yusufa başsağlığı verirəm".
Qeyd edək ki, M.Qırmızıgülün anası Faika Bazencir ötən ilin dekabrında 99 yaşında vəfat edib.
