Məşhur brenddə 47 ildən sonra dəyişiklik edildi

Məşhur brenddə 47 ildən sonra dəyişiklik edildi
1074 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir məşhur brendin kreativ direktoru dəyişdirilib.

Axşam.az xəbər verir ki, 69 yaşlı Donatella Versace "Versace"nin kreativ direktoru vəzifəsinidən gedib. Onun yerinə bu vəzifəyə Dario Vitale təyin olunub. O, moda evinin 47 illik fəaliyyətində ilk dəfə olaraq "Versace"nin yeni kreativ direktoru seçilən şəxs olub. Bundan əvvəl o, "Miu Miu"da dizayn direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, 69 yaşlı Donatella Versace 1997-ci ildə qardaşı, moda evinin yaradıcısı Canni Versacenin ölümündən sonra bu vəzifədə çalışmışdı.

Qeyd edək ki, "Versace" moda evi 1978-ci ildə dizayner Canni tərəfindən yaradılıb və kiçik bacısı Donatella onun sağ əli olub. 15 iyul 1997-ci ildə Endryu Kunanan Versaceni Mayamidəki malikanəsinin pilləkənlərində güllələyərək öldürüb. Ölümü zamanı dizaynerin 50 yaşı var idi və brend bütün dünyada tanınırdı. O vaxtdan bəri moda evinə 2018-ci ildə bütün səhmlərini Amerikanın "Michael Kors Holdings Ltd" şirkətinə 1,83 milyard avroya satan Donatella rəhbərlik edir.