Milyarder şirkətindəki bu vəzifəni oğluna verdi

Milyarder şirkətindəki bu vəzifəni oğluna verdi
410 dəfə oxunub
  • A-
  • A
  • A+

"LVMH" moda konqlomeratının sahibi Bernard Arnaultun oğlu Frederik Arnault "Loro Piana"nın rəhbəri olacaq.

Axşam.az xəbər verir ki, Avropanın ən zəngin ailəsinin 29 yaşlı üzvü atası tərəfindən moda evinin baş direktoru təyin edilib. O, Damien Bertranı əvəz edəcək. Milyarderin oğlu martın 26-da işə başlayacaq.

Qeyd edək ki, Frederik 2017-ci ildən atasının şirkətində işləyir. O, "Tag Heuer" şirkətinin direktoru olub, 2020-ci ildən isə "LVMH Watches" şirkətinin baş direktoru vəzifəsini tutub.