Gələn həftə temperatur 27 dərəcəyə çatacaq

Gələn həftə temperatur 27 dərəcəyə çatacaq
762 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. 

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də  havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30,  dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.