Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Axşam.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib..
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.
31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.