Nazir plastik cərrahların sənədlərinin yoxlanılmasından danışdı

Nazir plastik cərrahların sənədlərinin yoxlanılmasından danışdı
487 dəfə oxunub
  • A-
  • A
  • A+

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, plastik cərrahların sənədləri ilə bağlı nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək:

“İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə ediləcək”.