Bayram namazının qılınacağı tarix açıqlandı

Bayram namazının qılınacağı tarix açıqlandı
1527 dəfə oxunub
  • A-
  • A
  • A+

Bayram namazı martın 30-da qılınacaq.

Axşam.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.

“Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir” deyə, F.Nurullayev əlavə edib.