Rəssam Nağdəli Xəlilov vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə feysbuk hesabında paylaşım edib.
“Ard-arda daha bir dostumuzu itirdik... Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssam Nağdəli Xəlilov vəfat etdi”, - deyə, o yazıb.
Rəssam bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, N.Xəlilov 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.