Boşananların sayı artıb

Boşananların sayı artıb
378 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Axşam.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma halları qeydə alınıb.

2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.