Bu gün iftara hazırlaya bilərsiniz

Bu gün iftara hazırlaya bilərsiniz
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Makaronlu şorba

Ərzaqlar:
Kərə yağı – 1 x.q.
Un – 2 x.q.
Tomat pastası – 1 x.q.
Qırmızı istiot – 1 ç.q.
Pomidor – 2 ədəd
İlıq su – 5 st.
Makaron 1 st.
Duz, nane qurusu zövqə görə

Hazırlanması:
Kərə yağını əridib üzərinə un əlavə edib qovurun. Sonra tomat pastasını töküb qarışdırın. Qırmızı istiotu və rəndələnmiş pomidorları tökün. Qarışdıra-qarışdıra ilıq suyu əlavə edin. Bir az qaynayandan sonra blenderdən keçirib, yenidən qazana əlavəe din. Üzərinə makaronu töküb yumuşalana qədər bişirin.

"Medalyon"

Ərzaqlar:
Can əti - 150 qr.
Duz istiot, keşniş tumu, kəklikotu, zeytun yağı zövqə görə.

Qarnir üçün:
Düyü - 150 qr.
Kök - 1 ədəd
Bibər - 0,5 ədəd
Qırmızı soğan - 1 ədəd

Sous:
Barbekü
Mamaseto
Çili

Hazırlanması:
Can əti doğranılır, üzərinə ədviyatlar və zeytun yağı vurulub, 1 saat kənarda saxlanılır. Sonra tavada yağ əlavə edilmədən qızardılır. Başka tavaya düyü, xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök, qırmızı soğan əlavə edilib, yumuşalana qədər bişirilir.   

Kokoslu keks

Ərzaqlar:
Un – 2 st.
Duru yağ – 1 st.
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 x.q.
Pudinq – 1 qutu

Üzəri üçün:
Kokos

Hazırlanması:
Unu, duru yağı, yumurtaları qaba töküb, mikserlə qarışdırın. Sonra pudinqlə şəkər tozunu töküb qarışdırmağa davam edin. Bir qaba töküb, 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə kokosu səpin.