Tətildən sonra ilk dərs günü bu tarixdə olacaq

Tətildən sonra ilk dərs günü bu tarixdə olacaq
3656 dəfə oxunub
  • A-
  • A
  • A+

Novruz və Ramazan bayramları ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.