Qar, yağış... - Faktiki hava

Qar, yağış... - Faktiki hava
613 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 20-si saat 21:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.

Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.