Axşam.az "İftar menyusu"nu təqdim edir:
Cənnət şorbası
Ərzaqlar:
2 qaşıq kərə yağı
3 xörək qaşığı qarğıdalı unu
1 orta kartof
1 soğan
2 diş sarımsaq
2 stəkan toyuq suyu
4 stəkan qaynar su
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı yağ
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
Hazırlanması:
Kərə yağı dərin bir qazanda əridin. Ərinmiş yağa qarğıdalı unu əlavə edin və təxminən 3 dəqiqə qızardın. Qarğıdalı ununa soğan, kartof və sarımsağı əlavə edib 5 dəqiqə daha qovurun.Tərəvəzlərə toyuq suyu və qaynar su əlavə edin və tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzlər yumşaq olduqdan sonra blenderlə hamarlanana qədər qarışdırın. Bu mərhələdə şorba qatı görünürsə, isti su əlavə edə bilərsiniz.
Şorbanı bir neçə dəqiqə daha qaynadıqdan sonra ocağı söndürün. Ayrı tavada qızdırdığınız yağa qırmızı bibər tozunu əlavə edib süfrəyə verərkən şorbanın üzərinə tökün.

Qarışıq qovurma
Ərzaqlar:
300 qram qırda doğranmış sümüksüz mal əti
1 çay stəkanı zeytun yağı
1 soğan
3 diş sarımsaq
1 çimdik duz
3 dilimlənmiş badımcan
2 yaşıl bolqar bibəri
2 yaşıl balqabaq
1 çimdik kəklikotu
1 çimdik üyüdülmüş qırmızı bibər
1 çimdik qara bibər
1 stəkan rəndələnmiş pomidor
1/2 çay stəkan nar siropu
Hazırlanması:
Əti əvvəlcədən suda bişirin. Bişirmə prosesinə başlamazdan əvvəl soğanı, badımcanı, bolqar bibərini və toxumu olan balqabağını kiçik kublara doğrayın və ayrı qablara qoyun. Sarımsağı incə doğrayın. Əvvəlcə badımcanları azca duzlayın, süzgəcə qoyun və acı suyunu çıxartması üçün 10-15 dəqiqə gözlədin. Böyük bir tavaya bir az zeytun yağı qoyun və orta atəşdə isidin, soğan və sarımsağı yumşalana qədər qovurun. Soğanlar yumşalınca badımcanları ovucunuzla sıxıb tavaya az-az əlavə edin. Hər dəfə badımcan əlavə etdikdə tavaya bir az zeytun yağı əlavə edin. Badımcanlar rəng almağa başlayana qədər bu prosesi yüksək atəşdə davam etdirin. Badımcanlar rəng almağa başlayanda bibər, balqabaq və ədviyyatlar əlavə edin. Bütün tərəvəzlər birləşdirildikdə və qızdırıldıqda, qızardılmış pomidorları və əti əlavə edin və istiliyi minimuma endirin. Yeməyi vam odda 5 dəqiqə bişirdikdən sonra ocaqdan götürün, nar siropunu töküb qarışdırın və süfrəyə verin.

"Həlqə" peçenyesi
Ərzaqlar:
Su - 250 ml.
Un - 150 qr.
Yumurta - 3 ədəd
Mannı - 4 yemək qaşığı
Yağ - 60 qr.
Bir çimdik duz
Şərbət üçün:
Şəkər tozu - 3 st.
Su - 2 st.
Limon - 1/4 ədəd
Üzəri üçün:
Yaşıl fıstıq və ya qoz
Hazırlanması:
Əvvəlcə şərbətin ərzaqlarını qaynadıb soyumağa qoyun. Daha sonra suyu, marqarini vam oda qoyub duzu əlavə edib qaynadın. İçinə un əlavə edib, dayanmadan qarışdırın. 4-5 dəqiqə qaldıqdan sonra götürün. Mikserlə qarışdıraraq soyudun. Üzərinə yumurtaları tək-tək əlavə edin. Soyuyanda mannını əlavə edib, halqa formasında peçenyelər düzəldin. isidilmiş duru yağa atıb, qızardın. Daha sonra şərbətə qoyun. Süfrəyə verərkən üzərinə qoz və ya fıstıq səpin.
