"Buna görə artıq çəki alıram"

"Buna görə artıq çəki alıram"
4814 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aytən Səfərova artıq çəki səbəbindən səhhətində problem yaşadığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib. 

"Arıqlasam lap qəşəng olacağam. Proses gedəcək. Görək, necə olacaq, arıqlaya biləcəyəm? Məndə heç zaman bununla bağlı kompleks olmayıb. Düşünürəm ki, qadın maraqlı olmalıdır. Amma bəzən əndazəni keçəndə “stop” deyib, nəsə etmək lazımdır. Bu günə qədər bu məsələ ilə bağlı açıqlama verməmişdim. Mənim çəki almağım səhhətimdə olan problemlərlə bağlı idi. İndi artıq çəkim səhhətimdə başqa problemlərə səbəb olduğu üçün çalışıram buna bir əncam çəkim" deyə, Aytən vurğulayıb.