Türkiyədə baykot çağırışı edən aktrisa Rojda Demirerlə aktyor Alican Yücesoyun "X" sosial media hesabları bloklanıb.
Axşam.az xəbər verir ki, bu barədə instaqram hesabında paylaşım edən Rojda “X" öz məqsədinə xidmət etdi” deyə, bildirib.
Alican isə “Bəlkə də əvvəlcə "X"i boykot etməliydik” deyə, yazıb.
Xatıladaq ki, "TRT" boykot çağırışlarına görə aktrisa Aybüke Pusatı və ona dəstək olan sevgilisi həmkarı Furkan Andıç, həmçinin, dostu aktyor Boran Kuzumu telekanalda yayımlanan seriallardan uzaqlaşdırıb.
“Şakir Paşa ailəsi: Mucizeler ve Skandallar” serialında rol alan aktyor Cem Yiğit Üzümoğlu isə saxlanılıb.
Qeyd edək ki, Rojda son olaraq "O kız", Alican isə "Yarqı" serialında rol alıb.