Xalq artisti Röya Ayxan bu gün “Verdim getdi” adlı yeni sinqlını sevənlərinin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, mahnının sözləri Həsən Babayev, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur. Röya mahnıya Türkiyədə klip çəkdirib. Ekran işinin rejissoru Ramazan Arslankayadır.
Müğənni klipdə 6 fərqli obrazda kamera qarşısına keçib. Röyanı türkiyəli ifaçı Hadisənin rəqs qrupu müşayiət edib. Çəkilişüçün ifaçı 2 ay ərzində məşq edib.