Keti Perri kosmosa uçdu - Fotolar

Keti Perri kosmosa uçdu - Fotolar
1973 dəfə oxunub
  • A-
  • A
  • A+

Aralarında dünyaca məşhur pop ulduzu Keti Perri və "Amazon"un qurucusu, milyarder Ceff Bezosun nişanlısı Lauren Sançesin də olduğu 6 qadından ibarət qrup "Blue Origin" aerokosmik şirkətinə məxsus "New Shepard" raketi ilə kosmosa tarixi səyahət edib. 

Axşam.az xəbər verir ki, Texasdakı buraxılış bazasından havaya qalxan raket təxminən 10 dəqiqəlik suborbital səyahəti tamamlayıb. Uçuş müvəffəqiyyətlə başa çatdıqdan sonra kapsul paraşütlərlə Texas səhrasına təhlükəsiz eniş edib.

Keti kapsulun qapısından çıxarkən əlindəki çobanyastığını göyə uzadıb və daha sonra yeri öpüb. Kosmosa səyahətini qızına həsr etdiyini bildirən sənətçi uçuşu ilə bağlı mahnı da yazacağını açıqlayıb.

Qeyd edək ki, "Blue Origin" şirkəti də C.Bezosa məxsusdur.